...

ATGTİ sədri "Qış Parlamenti"nin sessiyasının qonağı olub (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2013 12:45 (UTC +04:00)
11-17 fevral tarixlərində Xaçmazda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı “VI Liderlik Məktəbi - "Qış Parlamenti” öz işini davam etdirir.
ATGTİ sədri "Qış Parlamenti"nin sessiyasının qonağı olub (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

11-17 fevral tarixlərində Xaçmazda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı "VI Liderlik Məktəbi - "Qış Parlamenti" öz işini davam etdirir.

İttifaqdan Trend-ə verilən məlumata görə, fevralın 13-də "Qış Parlamenti"nin sessiyasının növbəti qonağı ATGTİ-nin sədri Şahin İsmayilov oldu. Görüşdə gənc parlamentarilərlə ölkəmizin QHT sahəsini, gənclərin ictimai fəaliyyətini və s. bu kimi mövzuları müzakirə edən İsmayilov bildirib ki, gənclərin burada qazanacağı biliklər onların gələcək fəaliyyət istiqamətini müəyyənləşdirəcək.

Öz növbəsində, gənc parlamentarilər ATGTİ-nin sədrinə təşkilatın gələcək fəaliyyət planları ilə bağlı suallarını ünvanladılar. İttifaqın keçirilmiş bu və ya digər layihələrinin analiz qaydaları və hər bir layihənin hazırlıq prosesi gənc parlamentariləri xüsusi maraqlandırırdı. Çoxsaylı sualları cavablandıran Şahin İsmayilovun sözlərinə görə, tələbə-gənclərdən gələn maraqlı və real təşəbbüslər hər zaman ATGTİ tərəfindən dəstəklənəcək.

Təşkilatın gələcək fəaliyyət planlarına aydınlıq gətirən ittifaqın sədri qeyd etdi ki, ATGTİ-nin yeni fəaliyyət planının hazırlanmasında dolayısı yolla gənclərin ideya, təklif və ehtiyacları nəzərə alınacaq (öz əksini tapacaq).

Qeyd edək ki, "Qış Parlamenti" ərzində fevralın 14-ü Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri gənc parlamentarilərin görüşünə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti