...

"ASAN xidmət" "Qış Parlamenti"ndə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2013 12:46 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “VI Liderlik Məktəbi - "Qış Parlamenti” layihəsi qonaqlarını qəbul etməyə davam edir.
"ASAN xidmət" "Qış Parlamenti"ndə təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "VI Liderlik Məktəbi - "Qış Parlamenti" layihəsi qonaqlarını qəbul etməyə davam edir.

İttifaqdan Trend-ə verilən məlumata görə, fevralın 14-də "Qış Parlamenti"nin qonağı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Cahangir Haciyev olub.

ATGTİ-nin sədri Şahin İsmayilovun çıxışından sonra gənc parlamentarilərə agentliyin sədri İnam Kərimovun salamlarını çatdıran Cahangir Haciyev, onları "ASAN Xidmət"in iş prinsipləri ilə tanış edbi. Əlavə olaraq gənc parlamentarilərə "ASAN Xidmət"in fəaliyyəti haqqında 2 videosüjet də təqdim olunub.

Agentliyin rəsmisinin sözlərinə görə, 2013-cü il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə geridə qalmış 29 gün ərzində 12 minə yaxın vətəndaş müraciət edib.

Görüşdə C.Haciyev könüllü fəaliyyətinə də toxunaraq qeyd edib ki, bu gün "ASAN"-da 50-yə yaxın könüllü gənc fəaliyyət göstərir.

Daha sonra sual cavab formatında davam edən görüşdə Cahangir Haciyev gənc parlamentarilərdən ünvanlanan 65 sualı cavablandırıb. Onun sözlərinə görə, bu görüşdən əldə olunan ideya və təkliflər detallı şəkildə incələnəcək.

Qeyd edək ki, yaxın gələcəkdə ATGTİ və "ASAN xidmət" arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti