...

Ukrayna Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təcrübəsindən faydalanmaq niyyətindədir

Cəmiyyət Materials 19 Fevral 2013 16:54 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonu qəbul edib.
Ukrayna Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təcrübəsindən faydalanmaq niyyətindədir

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Ukraynanın Azərbaycandakı səfirini qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonu qəbul edib.

Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərində DMX əməkdaşlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Səfir Aleksandr Mişşenko yeni yaradılmış qurum olan Dövlət Miqrasiya Xidmətinin uğurları barədə məlumatı olduğunu bildirib, gələcəkdə xidmətin təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağını qeyd edib.

Göruş zamanı Azərbaycan ilə Ukraynanın aidiyyəti qurumu arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılıb, həmçinin ölkə ərazisində yaşayan və vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyəti təsdiq edən sənədlər, sənədlərinin etibarlılıq müddəti bitmiş əcnəbilərə verilən qayıdış şəhadətnamələri, qanunsuz miqrasiyanın qarşısını almaq üçün bəzi ölkələrin miqrasiya orqanlarında fəaliyyət göstərən xüsusi istintaq-təhqiqat idarələrinin funksiyaları və sərhəd-buraxılış məntəqələrində miqrasiya orqanlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti