...

Azərbaycanın ucqar bölgələrində yaşayan müəllimlər də TQDK-nın keçirdiyi imtahanların yazı işlərini yoxlaya biləcəklər

Cəmiyyət Materials 19 Fevral 2013 17:16 (UTC +04:00)
Azərbaycanda ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlər də yazı işlərini yoxlayan ekspertlər (markerlər) kimi fəaliyyət göstərə biləcəklər.
Azərbaycanın ucqar bölgələrində yaşayan müəllimlər də TQDK-nın keçirdiyi imtahanların yazı işlərini yoxlaya biləcəklər

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlər də yazı işlərini yoxlayan ekspertlər (markerlər) kimi fəaliyyət göstərə biləcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu, qurumun İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemindən istifadə nəticəsində mümkün olacaq. Gələcəkdə internet vasitəsilə istifadəsi nəzərdə tutulan həmin proqram müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlər) bu işi daha səmərəli və anonim şəkildə həyata keçirməyə imkan yaradacaq. Bu sistem vasitəsilə ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.

Yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcıların tamamilə ləğvi nəzərdə tutulur ki, bu sistem həmin məqsədin reallaşmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti