...

Berlində Azərbaycanın turizm potensialı müzakirə edilib

Cəmiyyət Materials 21 Fevral 2013 23:08 (UTC +04:00)
Fevralın 20-də Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Bundestaqın Turizm komitəsində ölkəmizin turizm potensialına həsr olunmuş 72-ci iclasında məruzəçi qismində çıxış edib.
Berlində Azərbaycanın turizm potensialı müzakirə edilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Fevralın 20-də Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Bundestaqın Turizm komitəsində ölkəmizin turizm potensialına həsr olunmuş 72-ci iclasında məruzəçi qismində çıxış edib.

Trend-in verdiyi məlumata görə, iclasın əvvəlində Azərbazcanın turizm potensialını özündə əks etdirən film nümayiş etdirilib.

Daha sonra səfir Azərbaycanın gözəl və zəngin təbiətinin, landşaftının, flora və faunasının, tarixi və memarlıq abidələrənin və zəngin mədəniyyətinin yaratdığı turizm potensialı, turizmin inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin turizm sektoruna vurduğu zərərlər, eləcə də, Azərbaycan-Almaniya münasibətlərinin inkişaf dinamikası barədə iclas iştirakçılarını məlumatlandırıb.

Səfirin Turizm komitəsinə dəvət oluması yaxın günlərdə Berlində start götürən dünyanın ən böyük turizm sərgisi olan İTB tədbiri ilə bağlı olub. Belə ki, ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan bu il Berlin İTB sərgisinin "Konqres və mədəniyyət tərəfdaşı" rolunda çıxış edir. Bu çərçivədə, sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin də çıxış edəcəyi gözlənilir. Sərgidə Azərbaycan turizm stendi ilə yanaşı, mədəniyyət proqramı ilə də təmsil olunacaq.

Səfir öz çıxışında Azərbaycanın İTB Berlin tədbirində tərəfdaş kimi iştirakını ölkəmizin turizm potensialının Almaniyada tanıdılması üçün gözəl bir fürsət olduğunu vurğulayıb. Pərviz Şahbazov eyni zamanda son illərdə ölkəmizdə bir sıra irimiqyaslı tədbirlərin keçirildiyinə diqqət çəkib, ölkəmizdə bir sıra nüfuzlu mehmanxanaların açılmasının ölkəmizin turizm potensialının bir göstəricisi olduğunu vurğulayıb.

Daha sonra Bundestaq üzvləri Azərbaycanın turizm potensialı, eləcə də Azərbaycanla bağlı onları maraqlandıran suallarla səfirə müraciət ediblər.

Bundestaq deputatları üçün maraqlı olan məsələlər Azərbaycanda turizmin hansı istiqamətdə inkişaf etdiyi və onun gələcək perskpektivləri, xarici turistlərin Azərbaycanda hansı dildə ünsiyyət qurduqları, ölkəzmizdə xarici turist şirkətləri üçün hər hansı mərkəzi əlaqələndirici qurumun olub-olmadığı idi.

Komitə üzvlərindən biri xanım Helqa Daub Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş və 1 milyondan artıq qaçqın və məcburi köçkünə sahib bir ölkə kimi Azərbaycanın ITB sərgisində "Konqres və mədəniyyət tərəfdaşı" kimi iştirakını, turizm potensialı ilə yanaşı bütünlüklə ölkəni tanıtmaq üçün bir fürsət olduğunu qeyd edib.

Bundan əlavə, səfir alman deputatlarını Azərbaycanın sosial-iqtisadi inkişafı və demokratik islahatların həyata keçirilməsi barədə də məlumatlandırıb.

Qeyd edək ki, Bundestaqın Turizm komitəsi Almaniya Parlamentinin plenar iclasının ölkənin ümumdaxili məhsulunun 3,2 faizini verən turizm sektoru haqqında suallarına dair məşvərətçı cavablar hazırlayır, AFR-in İqtisadiyyat Nazirliyinin turizm sahəsi üçün təqdim etdiyi hesabatları qəbul edir, onları təhlil edərək tövsiyyələr hazırlayır.

Xəbər lenti

Xəbər lenti