Azərbaycan, Bakı, 1 mart /Trend/
Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.