Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə imtahan vermiş bakalavrlar üçün Apelyasiya komissiyası yaradılıb.
Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün qəbul imtahanının martın 3-də keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası sabahdan fəaliyyətə başlayır.
Bakalavrlar Apelyasiya komissiyasına martın 7-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.