...

Brüsseldə Novruz bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 20 Mart 2013 16:01 (UTC +04:00)
Azərbaycan, Qazaxstan, Türkmənistan, Tacikistan, Türkiyə və Əfqanıstanın Belçikadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Brüsseldə Novruz bayramı qeyd olunub.
Brüsseldə Novruz bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Azərbaycan, Qazaxstan, Türkmənistan, Tacikistan, Türkiyə və Əfqanıstanın Belçikadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Brüsseldə Novruz bayramı qeyd olunub.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbirdə təşkilatçı ölkələrin rəqs və musiqi qrupları iştirak ediblər. Azərbaycanı Xanlar Bəşirovun rəhbərlik etdiyi "Azərbaycan qartalları" adlı uşaq rəqs qrupu təmsil edib. "Azərbaycan qartalları"nın çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bayram süfrəsi Azərbaycanın milli təamları və bayram şirniyyatı ilə bəzədilib.

Belçikadakı diplomatik korpusun, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələrinin də iştirak etdiyi etdiyi bayram tədbiri 500-dən artıq qonağın böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti