...

Azərbaycanda 500-ə yaxın kitabxana birləşdirilib

Cəmiyyət Materials 2 Aprel 2013 15:07 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi indiyədək şəbəkəsindəki 500-ə yaxın kitabxananı birləşdirib. Bunu çərşənbə axşamı Trend-ə nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.
Azərbaycanda 500-ə yaxın kitabxana birləşdirilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi indiyədək şəbəkəsindəki 500-ə yaxın kitabxananı birləşdirib. Bunu çərşənbə axşamı Trend-ə nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Onun sözlərinə görə, kitabxanaların birləşdirilməsi işinə 2008-ci ildən başlanılıb.

"Bütün rayonlarda oxucusu az olan, aktiv fəaliyyət göstərməyən kiitabxanalar, onların fondları birləşdirilir. Bu proses daima aparılır. Ona görə də bizim dislokasiya xəritəmiz daim dəyişir", - Məmmədova deyib.

O qeyd edib ki, hazırda ölkədəki kitabxanaların sayı 3000-ə yaxındır.

Məmmədova kitabxanaların birləşdirilməsi prosedurunun bundan sonra hələ 1-2 il də həyata keçiriləcəyini bildirib.

"Kitabxanaların qarşısında ciddi tələblər qoyulur. Kitabxanalar müasir tələblərə cavab verməli, müasir oxucunun tələbatını ödəməlidir", - nazirlik rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti