...

"Şahdağ" Qış-Yay Turizm Kompleksinə 50 minə yaxın turist səfər edib

Cəmiyyət Materials 2 Aprel 2013 16:38 (UTC +04:00)
"Şahdağ" Qış-Yay Turizm Kompleksinə fəaliyyətə başladığı gündən etibarən 50 minə yaxın yerli və əcnəbi turist səfər edib.
"Şahdağ" Qış-Yay Turizm Kompleksinə 50 minə yaxın turist səfər edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Şahdağ" Qış-Yay Turizm Kompleksinə fəaliyyətə başladığı gündən etibarən 50 minə yaxın yerli və əcnəbi turist səfər edib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat veriri ki, qış mövsümünün başa çatdığını nəzərə alaraq, cari ilin 31 mart tarixindən etibarən kompleksdə qış mövsümü ilə bağlı müvafiq xidmətlərin fəaliyyəti növbəti qış mövsümünədək dayandırılıb.

Qeyd edək ki, "Şahdağ" Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin 2058 hektar ərazisi var. "Şahdağ" Qış-Yay Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti