Azərbaycan, Bakı, 3 aprel /Trend/
Böyük Britaniyada vəfat etmiş Boris Berezovskinin Rusiyada mirası aşkarlanarsa, ona həbs qoyulacaq. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Məhkəmə İcraçıları Federal Xidmətinin rəhbəri Artur Parfençikov açlqlamasında bildirib.
"Əgər vəziyyət belə olsa və ölkədən cıxarılan varidat Rusiya ərazisində aşkarlansa, mirasa həbs qoyulacaq. Rusiya xaricində isə bunu edə bilmərik", - Xidmət rəhbəri deyib.
Bundan başqa, o qeyd edib ki, hələ Rusiyanın hüquqi mövqeyi sonadək işlənməyib: "Biz hazırda bunun üzərində işləməyə hazırlaşırıq".
Federal Xidmət bəyan edib ki, Moskva pristavları həmçinin Rusiyanın iri aviadaşıyıcısı "Aeroflot"un xeyrinə Berezovskidən 3,3 milyard rubl almağa çalışırdılar. İndi bu borclar biznesmenin varislərinə keçə bilər.