...

Azərbaycanda kənd kitabxanaları müasirləşdiriləcək

Cəmiyyət Materials 9 Aprel 2013 11:53 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mobil kənd kitabxanaları yaratmağı planlaşdırır.
Azərbaycanda kənd kitabxanaları müasirləşdiriləcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mobil kənd kitabxanaları yaratmağı planlaşdırır. Bunu Trend-ə nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda bu layihə üzərində iş aparılır.

Məmmədova bildirib ki, bır sıra böyük kəndlərdə cox müasir kənd kitabxanaları yaradılacaq.

"Mobil kənd kitabxanaları hazırki kitabxanalardan xarici görkəmindən tutmuş daxili iş formasına qədər fərqlənəcək. Onlar tamam başqa cür, müasir tələblərə uyğun olacaq. Həmin kitabxanalar yalnız kitabxana kimi fəaliyyət göstərməyəcək. Orada müxtəlif guşələrin, görüşlər üçün zalların, kinozalların və s. yaradılması planlaşdırılır",-nazirlik rəsmisi deyib.

O əlavə edib ki, bu layihənin ilkin olaraq, 10 rayonda həyata keçirilməsi planlaşdırılır.

Məmmədova bildirib ki, artıq respublika üzrə 40-dan çox kitabxanada elektron kataloqlar yaradılıb. O, bu işi genişləndirməyə çalışdıqlarını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti