Azərbaycan, Bakı, 12 aprel /Trend/
Aprelin 11-də Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə növbəti dəfə İsmayıllı rayonuna gedib. İsmayıllı şəhərindəki ofisində sakinləri fərdi qaydada qəbul edib və problemləri ilə maraqlanıb. Sakinlər əsasən sosial məsələlərlə bağlı problemləri deputatın diqqətinə çatdırıblar. İşlə təminat, müalicə və məişət məsələləri də bu sıradan olub. Həlli müəyyən vaxt tələb edən problemlərlə bağlı əlaqədar qurumlara müraciət ediləcəyi bildirilib.
Məlumat üçün bildirək ki, Novruz Aslanov iki il ərzində seçiciləri ilə görüşmək məqsədilə rayona 60-dan çox səfər edib. Keçirilən qəbullarla yanaşı rayonda müxtəlif mövzularda təşkil olunan kutləvi tədbilərdə iştirak edib. Ucqar dağ kəndlərində əhali ilə səyyar görüşlər keçirib.