Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/
Aprelin 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə "Bakı təhsil müəssisələrinin təhsil, texnologiya və tərəqqi sərgisi" keçiriləcək.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə günü Trend-ə deyib ki, sərgidə BŞTİ-nin tabeliyində olan bütün təhsil müəssisələri iştirak edəcəklər. Sərgidə məktəblər son 7 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdikləri nailiyyətləri təqdim edəcəklər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən sərgi artıq 3-cü ildir keçirilir. Sərgi bir gün davam edəcək.