...

ATGTİ Avropa Tələbələr Birliyinin idarə heyətinin iclasına qatılacaq

Cəmiyyət Materials 22 Aprel 2013 10:21 (UTC +04:00)
Macarıstanın Milli Tələbə Birliyinin (HÖOK) dəvəti ilə 23-29 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinin 64-cü iclasına qatılacaqlar.
ATGTİ Avropa Tələbələr Birliyinin idarə heyətinin iclasına qatılacaq

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir M.Əliyev/

Macarıstanın Milli Tələbə Birliyinin (HÖOK) dəvəti ilə 23-29 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinin 64-cü iclasına qatılacaqlar.

Trend-in məlumatına görə, bu barədə ATGTİ-nin mətbuat xidmətindən bildirilib.

İclasda ATB-nin fəaliyyət istiqamətləri, gələcək layihələri və yeni tələbə QHT-lərinin ATB-yə üzvlüyü müzakirə olunacaq.

Qeyd edək ki, Budapeştdə ATB-nin 67-ci iclasının 2014-cü ilin noyabrında Bakıda keçirilməsi məsələsi də müzakirəyə çıxarılacaq. ATGTİ-nin rəsmiləri bu məqsədlə avropalı həmkarları üçün Azərbaycanın geniş təqdimatını keçirərək, iclasın məhz Bakıda keçirilməsinin prioritetlərini vurğulayacaqlar.

Xatırladırıq ki, ATGTİ ATB-nin tamhüquqlu üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti