...

Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri "ASAN xidmət" mərkəzində olub (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2013 18:10 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin rəhbəri Alixan Baymenov Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri "ASAN xidmət" mərkəzində olub (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanda səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin rəhbəri Alixan Baymenov Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, "vahid məkan" prinsipinə əsaslanan "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

"ASAN xidmət" mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzin onda xoş təəssüratlar yaratdığnı qeyd edib və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti