...

Sumqayıtda “ASAN xidmət” mərkəzi mayın 15-də vətəndaşların istifadəsinə veriləcək

Cəmiyyət Materials 4 May 2013 13:30 (UTC +04:00)
Sumqayıtda ölkə başçısının iştirakı ilə açılışı olmuş “ASAN xidmət” mərkəzi mayın 15-də vətəndaşların istifadəsinə veriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN”) sədri İnam Kərimov “ASAN” xidmətinin Sumqayıtda yeni açılan mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Sumqayıtda “ASAN xidmət” mərkəzi mayın 15-də vətəndaşların istifadəsinə veriləcək

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/

Sumqayıtda ölkə başçısının iştirakı ilə açılışı olmuş "ASAN xidmət" mərkəzi mayın 15-də vətəndaşların istifadəsinə veriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov "ASAN" xidmətinin Sumqayıtda yeni açılan mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mərkəz Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərəcək. Agentliyin rəhbəri yeni mərkəzin bəzi fərqli xüsusiyyətlərini də açıqlayıb.

"Burada mərkəzləşdirilmiş növbə sistemi təkmilləşdirilib. Əlil vətəndaşlar üçün ilk dəfə analoqu olmayan liftlər quraşdırlıb. Digər yenilik isə ondan ibarətdir ki, burada vətəndaşlar ərizələri əllə kağız üzərində deyil, elektron formada doldura biləcəklər,"- deyə agentliyin sədri qeyd edib.

"ASAN xidmət" həftənin bütün günləri saat 10:00-dan nahar fasiləsi veriləmədən axşam saat 8:00-dək fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, Bakıda pilot layihə çərçivəsində açılmış 1 saylı "ASAN mərkəz"ində artıq 70 mindən artıq vətəndaşa xidmət göstərilib.

Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində 9 dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətdən istifadə edə bilirlər.

Kərimov, həmçinin "ASAN xidmət" mərkəzlərində çalışan əməkdaşları üçün xüsusi xidmət treninqlərin, o cümlədən "Etik davranış" və "Stressin idarə edilməsi" üzrə kurslar təşkil edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti