Azərbaycan, Bakı, 6 may /Trend/
Boris Berezovski bazar ertəsi dəfn edilməyəcək, onun dəfn tarixi hələ müəyyənləşdirilməyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu mərhum biznesmenin kürəkəni Yeqor Şuppe deyib.
"Bilirsiniz ki, bu barədə Berezovskinin qızları, övladları qərar qəbul edir. İstənilən halda dəfn mərasimi bu gün olmayacaq", - o qeyd edib.
Şuppe bildirib ki, hazırda biznesmenin cəsədi meyitxanadadır.
Onun sözlərinə görə, Berezovski siyasi sığınacaq alarkən qəbul etdiyi Platon Yelenin adı ilə deyil, öz adı ilə dəfn ediləcək.
"Fikrimcə, dəfn mərasimi mətbuat üçün qapalı olacaq", - Şuppe bildirib.