...

Ağstafada ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd edildi

Cəmiyyət Materials 7 May 2013 16:28 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Ağstafa rayonunda geniş tədbir keçirilmişdir.
Ağstafada ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd edildi

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Ağstafa rayonunda geniş tədbir keçirilmişdir.

Trend-in məlumatına görə, ulu öndərin 90 illik yubileyi münasibəti ilə "Aşıq sənəti festivalı" təşkil edilmişdi.Tədbir iştirakçıları ilk öncə S.Vurğun adına parkda milli ornamentlərlə ucaldılmış Saz abidəsinin açılışını etdi. Abidə önündə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək ulu öndərimiz Heydər Əliyevin milli mənəvi və maddi dəyərlərimizin qorunub saxalnılması və inkişaf etdirilməsindəki xidmətlərindən danışdı.

Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Azərbaycanın xalq artisti Canəli Əkbərov və digər çıxış edənlər də Heydər Əliyevin mədəniyyətimizin və incəsənətimizin yüksəlişindəki danılmaz xidmətlərini qeyd etdilər. Abidə ətrafında yerli və qonaq aşıqların ifası dinlənildi. Daha sonra Heydər Əliyev prospekti boyu xalq gəzintisi oldu. Şəhər 1 saylı orta məktəbin şagirdlərinin bədii qiraəti, musiqi məktəbinin muğam ifaçılarının çıxışı, azyaşlı aşıqların çalıb oxuması, məktəblilərin əl işlərinin sərgisi, gənc idmançıların çıxışları, bədii özfəaliyyət ansamlının ifası və digər musiqi nömrələri içtirakçıların qəlbini oxşadı.

Tədbir Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül-çiçək dəsləri qoymaqla davam etdirildi.Daha sonra Mərkəzin geniş zalında Azərbaycanın tanınmış sazvə musiqi ifaçılarının iştirakı ilə böyük konsert oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti