...

Respublika Prokurorluğu: Sevinc Babayevanın məhkəmə-tibb ekspertizası başa çatıb

Cəmiyyət Materials 14 May 2013 16:24 (UTC +04:00)
Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyəyə ezam olunub.
Respublika Prokurorluğu: Sevinc Babayevanın məhkəmə-tibb ekspertizası başa çatıb

Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/

Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyəyə ezam olunub.

Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, Sevinc Babayevanın "Medicana International İstanbul Hospital" xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

"Ekspertiza təhqiqatları nəticəsində Sevinc Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələr müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq edilmədiyi üzə çıxıb. Onun ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub. Bu barədə İstanbul Büyükçekmece Baş Prokururu Fuad Arın tərəfindən Azərbaycanın media qurumlarından birinə müvafiq açıqlama verilib. Nümayəndəmiz ezamiyyətdən qayıtdıqdan sonra zərurət yaranarsa ictimaiyyətə əlavə məlumat veriləcək", - Sultanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti