...

XDMX-nin Milli Qvardiyasının Fəxri Qarovul taboru üçün ərzaq payı norması müəyyən edildi

Cəmiyyət Materials 14 May 2013 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/

Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, XDMX-nin Milli Qvardiyasının Fəxri Qarovul taborunun ərzaq payı xüsusi təyinatlı dəstələrin ərzaq payı normasına bərabər olacaq.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları"nda dəyişiklik edilməsi barədə qərar qəbul olunub.

Qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzası rəhbər tutulub və Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifi nəzərə alınıb.

Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərara əsasən, Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respubli-kasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmə-lərin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları"nın "Qeydlər" hissəsinin 1.1-ci yarımbəndinə "xüsusi təyinatlı qüvvələrinin" sözlərindən sonra ", həmçinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Fəxri Qarovul taborunun" sözləri əlavə edilib.

Qəbul edilmiş Norma üzrə dövlət hesabına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xüsusi təyinatlı qüvvələrinin, eləcə də XDMX-nin Milli Qvardiyasının Fəxri Qarovul taborunun zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət və müddətli hərbi qulluqçuları təmin edilirlər. İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti