...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “AUDİTORİYA +” layihəsi başladı (FOTO)

Cəmiyyət Materials 24 May 2013 14:46 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Xəzəryanı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Auditoriya +” layihəsi həyata keçirildi.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “AUDİTORİYA +” layihəsi başladı (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Xəzəryanı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə "Auditoriya +" layihəsi həyata keçirildi. Bu barədə cümə günü Trend-ə ATGTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlum layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsi çərçivəsində fərdi layihə olaraq qalib seçilmişdir.

Layihənin əsas məqsədləri gənclərin bədii əsərlərə, teatra maraqlarını artırmaq, yeni tədris metodu ilə gəncləri yeni biliklərə yiyələndirməkdi. Bundan əlavə, layihə iştirakçılara məlumat əldə etməyin, əsər öyrənməyin qeyri ənənəvi metodunu təklif edir.

"Auditoriya +" adlı layihədə dərslə tamaşanın vəhdətini təşkil edən yeni metodik forma təklif olunmuşdur.

Şəmsi Gülverdinin rəhbəri olduğu sözügedən layihənin Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının iştirakı ilə 23.05.2013 tarixdə Bakı Slavyan Universitetinin böyük akt zalında reallaşdırıldı. Layihə çərçivəsində dahi mütəfəkkirimiz, maarifçi Mirzə Fətəli Axundovun "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri səhnələşdirildi. Eyni zamanda əsər ədəbiyyatçı tərəfindən izah olundu. Layihənin əsas özəlliklərindən biri də göstərilən tamaşanın tələbələrin tədris sisteminə uyğun olması, dərs proqramında əks olunmasıdır.

Qeyd etmək istəyirik ki, layihənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti