...

Azərbaycanda diabet qorxusu

Cəmiyyət Materials 25 May 2013 12:56 (UTC +04:00)
Hazırda dünyada 371 milyondan çox insan diabet xəstəliyinin daşıyıcısıdır. Yaxın 20 ildə bu rəqəm 550 milyonu ötəcək. Azərbaycanda isə 170 mindən çox şəkərli diabet xəstəsi var.
Azərbaycanda diabet qorxusu

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Məmmədov/

Hazırda dünyada 371 milyondan çox insan diabet xəstəliyinin daşıyıcısıdır. Yaxın 20 ildə bu rəqəm 550 milyonu ötəcək. Azərbaycanda isə 170 mindən çox şəkərli diabet xəstəsi var. Trend-in məlumatına görə, bunu Azərbaycan Diabet Cəmiyyətinin (ADC) "Diabet: XXI əsrin çağırışları" mövzusunda keçirdiyi "dəyirmi masa"da Beynəlxalq Diabet Federasiyasının prezidenti Ser Maykl Hörst deyib.

Onun sözlərinə görə, Azərbaycanda 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulması narahatedicidir.

Dünyada bu xəstəlikdən hər 8 saniyədə bir nəfər, il ərzində isə 4 milyon insan dünyasını dəyişir. Hər il 1 milyon şəkərli diabet xəstəsi amputasiya olunur.

Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova isə bildirib ki, Azərbaycanda şəkərli diabet xəstəliyi ilə mübarizə dövlət səviyyəsində aparılır.

Ömərova 2013-cü ildə dövlət büdcəsindən şəkərli diabet xəstələrinə ayrılan maliyyə vəsaitinin 2,8 dəfə artırılaraq 35,4 milyon manata çatdırıldığını da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti