...

İqtisadi inkişaf naziri Tovuzda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 29 May 2013 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev iyunun 1-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə çərşənbə günü nazirlikdən Trend-ə daxil olan məlumatda deyilir.

Tovuz Olimpiya İdman Kompleksində (Ünvan: Heydər Əliyev prospekti, 1) keçiriləcək qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti