Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.İsmayılov/
Bu gün paytaxt Bakı da daxil olmaqla Azərbaycanın bəzi ərazilərində qazın verilişində fasilələr yaranacaq.
Trend-in "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 31 may 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Xırdalan", "Qazax" Qazpaylayıcı Stansiyalarından, "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyasından, "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, "Şimal DRES" Qazpaylayıcı Stansiyasından qidalanan "Şüvəlan" orta təzyiqli qaz kəmərində, həmçinin "Buzovna 1-97" Qaztənzimləyici Məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Xırdalan şəhərinə, Qazax şəhərinə, Xəzər rayonunun Buzovna və Şüvəlan qəsəbələrinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.
Azərbaycanın bəzi ərazilərində qazın verilişində fasilələr yaranacaq