...

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 31 May 2013 15:10 (UTC +04:00)
May ayının 30-da Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə növbəti dəfə İsmayıllı rayonuna gedib.
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

May ayının 30-da Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə növbəti dəfə İsmayıllı rayonuna gedib.

İsmayıllı şəhərindəki ofisində sakinləri fərdi qaydada qəbul edib və problemləri ilə maraqlanıb. Sakinlər əsasən sosial məsələlərlə bağlı problemlərini deputatın diqqətinə çatdırıblar. İşlə təminat, müalicə və məişət məsələləri də bu sıradan olub. Həlli müəyyən vaxt tələb edən problemlərlə bağlı əlaqədar qurumlara müraciət ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Novruz Aslanov bu günə kimi seçiciləri ilə görüşmək məqsədilə rayona 67-dən çox səfər edib. Keçirilən qəbullarla yanaşı rayonda müxtəlif mövzularda təşkil olunan kutləvi tədbilrədə iştirak edib. Uzaq dağ kəndlərində əhali ilə səyyar görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti