...

Odlar Yurdu Universitetində "Karyerada ilk addım" mövzusunda əmək yarmarkası keçirilib

Cəmiyyət Materials 31 May 2013 19:55 (UTC +04:00)
Hamıya məlumdur ki, ali təhsil ocaqlarını bitirdikdən sonra məzunlar birdən-birə iş həyatı ilə üz-üzə qalırlar. Təhsil həyatından sonra iş həyatına atılarkən müxtəlif problemlər ortaya çıxır.
Odlar Yurdu Universitetində "Karyerada ilk addım" mövzusunda əmək yarmarkası keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Hamıya məlumdur ki, ali təhsil ocaqlarını bitirdikdən sonra məzunlar birdən-birə iş həyatı ilə üz-üzə qalırlar. Təhsil həyatından sonra iş həyatına atılarkən müxtəlif problemlər ortaya çıxır. Bu məqsədlə təhsil ocaqlarında yaranan karyera mərkəzlərinin rolu çox böyükdür.

Odlar Yurdu Universitetində də yaranmış Biznes, İnnovasiya və Karyera Mərkəzi artıq bir sıra addımlar atmağa başlamışdır və bunun nəticəsi olaraq, bu il şirkətlər tərəfindən əmək yarmarkaları keçirilməyə başlandı. Müqavilə bağladığımız şirkətlər və holdinqlər də universitetin pedaqoji prosesində iştirak etməyə başladılar. Keçirilən seminar və təlimlər əslində tələbələri məzun olduğu zamana qədər inkişaf etdirir və karyera qurmaq istədikləri istiqamətdə addım atmaq üçün baza təşkil edir.

Universitetin həyatında daha bir böyük hadisə təhsil ocağımızda qurulan "Microsoft IT" Akademiyasıdır. Fəaliyyətə başlamış bu Akademiya IT sahəsində dünyada fəaliyyət göstərən ən iri təşkilatın respublikamızdakı ilk təmsilçisidir. Bu, sadəcə universitet üçün deyil, bütövlükdə respublikamız üçün möhtəşəm hadisədir.

31 may 2013-cü il tarixində keçirilmiş "Karyerada ilk addım" mövzusunda əmək yarmarkası Odlar Yurdu Universitetinin tələbə və məzunları üçün çox əlverişli bir imkan yaratdı. Tədbirdə 77 şirkət iştirak etdi. Müraciət edənlərin sayısı 900 nəfərə çatdı. İştirakçı təşkilatlardan SOCAR, Azercell, Bakcell, Qarant Holding, Parabank, Mətanət A və s. iri şirkətləri misal olaraq qeyd etmək olar. Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev tələbə və məzunların işlə təmin olunması istiqamətində bu kimi tədbirlərin silsilə xarakter daşıyacağını bildirdi və ölkədəki gənclərin işlə təmin olunması prosesinə universitetin çox ciddi dəstək verəcəyini bir daha vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti