Azərbaycan, Bakı, 1 iyun /Trend/
FIA GT Series çempionatının son mərhələsi oktyabrın 18-dən 20-dək Bakıda keçəcək. Bu barədə Trend təşkilatçıların saytına istinadən şənbə günü məlumat verir.
Yarışın mükafat fondu 175 min avro təşkil edəcək. Tədbirdə müxtəlif komandalardan 30 yarış avtomobilinin iştirakı planlaşdırılıb.
Məlumata əsasən, yarış Xəzər dənizinin sahili boyunca dörd kilometrlik trasda keçəcək.
Xatırladaq ki, keçən il Bakının küçələrində City Challenge GT yarışı keçib.