Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Məmmədov/
Bu gün Nərimanov rayon Məhkəmədə Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha bir qrupa hökm oxunub.
Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.
Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha bir qrupa hökm oxunub
Bu gün Nərimanov rayon Məhkəmədə Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha bir qrupa hökm oxunub.
