...

İpoteka kreditlərinin verilməsi ilə bağlı məhkəmə təcrübəsi müzakirə olunacaq

Cəmiyyət Materials 4 İyun 2013 15:58 (UTC +04:00)
Ali Məhkəmənin Plenum iclasında bank-kredit işləri üzrə "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı məhkəmə təcrübəsi müzakirə olunacaq.
İpoteka kreditlərinin verilməsi ilə bağlı məhkəmə təcrübəsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Ali Məhkəmənin Plenum iclasında bank-kredit işləri üzrə "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı məhkəmə təcrübəsi müzakirə olunacaq.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Plenumun iyunun 24-də keçiriləcək iclasında bu məsələ ilə bağlı aparılmış ümumiləşdirmənin nəticələri və qərar layihəsi müzakirəyə çıxarılacaq.

Məhkəmə təcrübəsinin ümumiləşdirməsi 2011-ci ildə respublikanın birinci instansiya və apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə qərarlarını əhatə edib.

Ötən ildən başlanmış ümumiləşdirmə ərzində birinci instansiya məhkəmələrində baxılmış 1328 iş öyrənilib, həmin işlərlə bağlı birinci, apellyasiya və kassasiya instansiyalarındakı məhkəmə təcrübəsində qeydə alınan pozuntular müəyyən edilib.

Ümumiləşdirmənin nəticəsi olaraq, Ali Məhkəmənin Plenumunun qərar layihəsi hazırlanıb. Qərar layihəsi öyrənilmək üçün respublikanın məhkəmələrinə göndərilib.

Plenumun iclasında bankların, məhkəmələrin, Ədliyyə Nazirliyinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti