...

“Düzgün ixtisas, uğurlu karyera” layihəsi start götürür

Cəmiyyət Materials 6 İyun 2013 09:27 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) AR Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düzgün ixtisas, uğurlu karyera” layihəsinə start verir.
“Düzgün ixtisas, uğurlu karyera” layihəsi start götürür

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) AR Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Düzgün ixtisas, uğurlu karyera" layihəsinə start verir. Bu barədə cümə axşamı Trend-ə ATGTİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Xəbər veririk ki, ATGTİ - nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədlinin rəhbəri olduğu layihə Azərbaycanın Şəki, Zaqatala və Gəncə şəhərlərində cari ilin iyun - iyul tarixlərində həyata keçiriləcək.

Layihə çərçivəsində müxtəlif mütəxəssislərvə tələbələr tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edəcək və düzgün ixtisas seçimində onlara yardımçı olacaqlar.

Qeyd edirik ki, bu məqsədlə gənclərə özündə bu və ya digər iş-peşə sahəsində vacib olan ixtisaslar, köməkçi ixtisaslar əks olunan məlumat kitabçaları paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti