...

“I İngilis Dili Olimpiadası”nın təltifetmə mərasimi keçirilib

Cəmiyyət Materials 12 İyun 2013 09:20 (UTC +04:00)
Cari ilin 11 iyununda Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüs Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Tələbələrarası I İngilis dili Olimpiadasının təltifetmə mərasimi keçirilmişdir.
“I İngilis Dili Olimpiadası”nın təltifetmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Cari ilin 11 iyununda Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüs Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Tələbələrarası I İngilis dili Olimpiadasının təltifetmə mərasimi keçirilmişdir. Bu barədə Trend-ə çərşənbə günü ATGTİ-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Qeyd edək ki, Olimpiada iki mərhələdən (yarımfinal və final) ibarət idi. Olimpiadada iştirak etmək üçün 1000-ə qədər tələbə müraciət etmişdir. İlkin mərhələ 18 may tarixində keçirildi və tələbələrə 50 test tapşırığı təqdim edildi. Birinci mərhələnin nəticələrinə əsasən 75% və yuxarı nəticə göstərən tələbələr finalda iştirak hüququ əldə etdilər. 25 may tarixində keçirilən final mərhələsində isə iştirakçılara "History, art and culture of Azerbaijan" mövzusunda inşa yazmaq təklif olundu.

Müsabiqənin nəticələrinə uyğun olaraq Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Toğrul Novruzlu birinci, Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Mirzəyeva ikinci və Qafqaz Universitetinin tələbəsi Cavad Məmmədbəyli üçüncü yerə layiq görüldü.

Qeyd edirik ki, finalda iştirak hüququ əldə etmiş bütün iştirakçılar sertifikatlarla mükafatlandırıldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti