Azərbaycan, Bakı, 4 iyul /Trend/
Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayonuna səfərləri davam edir.
İyul ayının 3-də millət vəkili İsmayıllı rayonunun Qoşakənd kəndində sakinləri qəbul edib. Kənd orta məktəbində keçirilən qəbulda deputata müxtəlif məsələlərlə bağlı müraciətlər olub. Qaldırılan məsələlər əsasən kəndin su, qaz, işıq və yol problemlərindən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını bildirib, bəzi məsələlər yerindəcə həll edilib.
Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, həm deputatın İsmayıllı şəhərindəki ofisində, həm də səyyar şəkildə ayrı-ayrı kəndlərdə baş tutur.