...

Coca-Cola və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu ətraf mühitlə bağlı hədəflərini açıqlayır

Cəmiyyət Materials 11 İyul 2013 16:19 (UTC +04:00)
Tərəfdaşlıq - sudan istifadə, iqlim dəyişikliyi, qablaşdırma materiallarının istehsalı və kənd təsərrüfatı ehtiyatlarından istifadə sahələrində iddialı qlobal hədəflərə doğru yönəlib.
Coca-Cola və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu ətraf mühitlə bağlı hədəflərini açıqlayır

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Coca-Cola və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu qlobal tərəfdaşlığı genişləndirir və ətraf mühitlə bağlı hədəflərini açıqlayır.

Coca-Cola kompaniyası və Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) yeni ətraf mühit ilə bağlı açıqlamalarla və genış qlobal tərəfdaşlıqla Coca-Cola sisteminin idarəsinin davamlılığını artırmağa çalışır.

Bu iddialı hədəflər Coca-Cola şirkətinin rifah və icma öhdəliklərini tamamlayaraq - su, enerji, qablaşdırma və eləcə də 2020-ci ilədək kənd təsərrüfatı komponentlərini dəvamlı satın alınmasını nəzərdə tutur.

Coca-Cola və WWF-in təxminən 10 illik tərəfdaşlığı uğurlu addımlar üzərində qurulub. Onlar yeni iddialı hədəflərlə ətraf mühitin mühafizə səylərini artırmaq, təbiətin inteqrasiya dəyərlərini irəlilətmək və bu problemlərin həlli üçün mötəbər tərəfdaşları cəlb etmək qərarına gəliblər.

"Coca-Cola şirkəti olaraq - biz kollektiv ekoloji problemlərin həlli və planetin resurslarının məsuliyyətli idarəsi üçün tərəfdaşlarla çalışmaq prinsipinə sadiqik. Resurs çatışmazlığı və artan qlobal problemlərlə üzləşdiyimizə görə, həm biznes, həm icmalar həm də təbiət üçün əlverişli həllər tapmaq məcburiyyətindəyik. WWF-lə qurduğumuz tərəfdaşlıq şirkətimizi davamlı proqramların təkmilləşdirilməsinə çağırır və onların ətraf mühiti qoruma ilə bağlı təcrübəsindən istifadə şansı yaradır." - Muhtar Kent (Coca-Cola şirkətinin sədri və icraçı direktoru) qeyd etdi.

"Biz dünyada təbii resurslara bu günə qədər görünməmiş ehtiyacının şahidiyik. Biznesi davam etdirmək həmişə olduğu kimi hər şeyi risk altına qoyur. Bu problemlər yalnız birgə işləməklə həll edilə bilər. Və bizim Coca-Cola ilə olan əməkdaşlığımız bizə birgə işin lazım olan təsiri gücləndirə və sürətləndirə bildiyini sübut etmişdir." - Karter Roberts (Ümumdünya Vəhşi təbiət fondunun prezidenti və icraçı direktoru).

Yeniləşdirilmiş və genişləndirilmiş tərəfdaşlığa əsasən, Coca-Cola və WWF, birgə Coca-Cola sistemi üçün (şirkət və onun 300 qablaşdırma üzrə tərəfdaşı) - 2020-ci ilə qədər reallaşdırılmalı ətraf mühitin davamlılığı üçün hədəflər formalaşdırmışdırlar. Bu hədəflərə aşağıdakılar daxildir:

1. Sudan istifadənin səmərəliyinin 25% artırılması Coca-Cola şirkət sistemində edilmiş dəyişiklərlə istehsal olunan məhsulun hər litrinin daha səmərəli istifadəsinə imkan yaradılır. Bu dəyişikliklır vasitəsi ilə 2004-2012 illər ərzində Coca-Cola şirkəti suyun 21,4% daha səmərəli istifadəsinə nail olmuşdur.

2. Şirin su sisteminin təmiz olmasının təminatı Coca-Cola və WWF beş qitənin 11 əsas bölgəsini (Amazonun çay hövzələri, Koşi, Mekonq, Rio Qrande/Bravo, Yantszı və Zambezi, Böyük Sədd rifi, Mezoamerikan rifi, Amur-Heilonqun əsas bölgələri, Atlantik meşələr və Böyük Şimal düzü) əhatə edən mühafizə proyektini hədəf tutur.

3. "Əlinin içindəki içki" daxilində CO2 yaranmasının 25% azaldılması Coca-Cola şirkətinin bütün istehsal sahələrində (istehsal prosesləri, qablaşdırılması formatları, çatdırılma donanması, soyuducu avadanlığı və tərkib hissəsi) istixana qazının yaranmasının azaldılması yolunda işlərə başlayacaq.

4. PlantBottle ™ qablaşdırılması materialları məsuliyyətli istifadə etmək Coca-Cola ekoloji və sosial fəaliyyətini dəyərləndirmək üzrə WWF-lə birgə PlantBottle™ paketləşdirmə üçün potensial təbii mənbə istifadəsinə doğru yol alıb. Bu 2020-ci ilə qədər şirkətin 30% paketləşdirmə prosesini təbii mənbəli materialın əhatə edəcəyi anlamına gəlir.

5. Əsas davamlı mənbə olaraq Kənd təsərrüfatı komponentləri Coca-cola -- şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, çay, qəhvə, palma yağı, soya, sellüloz-kağız, lif və portağal daxil olmaqla - əsas təbii inqrediyentlərindən davamlı istifadə edəcək. Şirkət həm də Dəvamlı Kənd Tasarrüfatı prinsiplərini yaratmışdır ki WWF-lə birgə işləyərək bu qaydaları şirkət sistemində həyata keçirəcək. Bundan əlavə, Coca-Cola dəvamlı olaraq limon, üzüm, alma və manqodan istehsal prosesində istifadə edəcək.

WWF-lə birgə hazırladığı hədəflərdən əlavə, Coca-Cola qablaşdırma prosesinin bərpasının 2020-ci ilə qədər hədəf tutub və bu prosesi təkmilləşdirmək fikrindədir. Təkmilləşdirmə prosesinə növbəti bəndlər daxildir:

6. İstifadə olunmuş suyun 100% bərpası Coca-Cola istifadə etdiyi suyu ətraf mühitə təmizlənmiş halda geri qaytarmaq üçün 100 ölkədən artıq sahədə yerləşən əməkdaşları ilə birgə çalışacaq. Hal-hazırda 468 layihə vasitəsi ilə istifadə edilmiş su resurslarının 52% təmizlənmiş halda ətraf mühitə qaytarılır.

7. İnkişaf etmiş bazarlarda 75% qablaşdırılma məhsullarının bərpası Coca-Cola içki sənayesi və yerli təşkilatlarla birgə iş apararaq əsas xəttin üzərində işləməklə məlumat toplayıb, bərpa və təkrar istifadə üçün iş bazarlarının formalaşdıracaqdır. Şirkət qablaşdırma prosesində istifadə olunan enerjini və maddi resursları azaltmaqla təkrar istifadə və bərpa işlərinə xüsusi diqqət ayıracaqdır.

2007-ci ildən, Coca-Cola Şirkəti və WWF Coca-Cola-nın qlobal əməliyyatlarının səmərəliliyin artırılmasına yardım etmək üçün və dünyada şirin su ehtiyatlarının qorunub saxlanması üçün birlikdə çalışır. Hal-hazırda, tərəfdaşlıq ətraf mühitin əsaslı mühafizəsinə gətirib çıxarıb, dünyanın yeddi ən böyük şirin su ehtiyatlarının olduğu beş kontinentdə yerləşən hövzələrin təmizlənməsinin inkişafına yol açıb, Coca-Cola sisteminin sudan istifadə prosesini 20% daha səmərəli edib, şirkətin qlobal istehsal əməliyyatları üzrə CO2 yaranmasını 5 milyon tona qədər aşağı salıb və şirkətin təchizat zəncirində daha davamlı kənd təsərrüfatı təcrübələri təşviq edib.

Telekonfrans
Coca-Cola və WWF mediaya daha ətraflı məlumat vermək üçün telekonfrans təyin edib. Şimalı Amerika vaxtı ilə 13:00-a dək sualları qəbul edib. Telekonfransda sualları Bea Perez (Coca-Cola-nın Dəvamlılıq Üzrə Meneceri), Ceff Sibrayt (Coca-Cola-nın Korporativ Ekoloji Meneceri) və Karter Roberts (Ümumdünya Vəhşi Təbiət Fondunun Prezidenti və İcraçı direktoru) cavablandırıblar.

Twitter Chat 10 İyul, 2013-ci il tarixində - Şimalı Amerika vaxtı ilə 9:30-10:30-da @Coca-ColaCo-nun WWF-lə birlikdə Twitter Chat-ı baş tutub. Twitter Chat-da suallara Ceff Sibrayt (Coca-Cola-nın Korporativ Ekoloji Meneceri) cavab verib.

Coca-Cola şirkəti haqqında

Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700.000-dən çox işçisi ilə Coca-Cola dünyada TOP-onluğa daxildir. Coca-Cola şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com

Ümumdünya Vəhşi Təbiət Fondu haqqında 50 ildir fəaliyyət göstərən WWF artıq 100 ölkədə çalışır. Dünya üzrə beş milyon üzvün dəstəyi ilə WWF dünyada həyat müxtəlifliyinin və bolluğunun qorunması, ətraf mühit və qlobal iqlim problemləri, Yer kürəsində degradasiyanın qarşının alınması üçün elmi əsaslı həllərin tapılması ilə məşğuldur. Daha ətraflı məlumat üçün: www.worldwildlife.org.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti