...

Monteneqro - turistlərin sevimli məkanı

Cəmiyyət Materials 15 İyul 2013 13:51 (UTC +04:00)
Əgər Siz Adriatik dənizinin sahilində, şəhərin səs-küyündən uzaq bir yerdə istirahət etmək istəyirsinizsə, o zaman Monteneqronun Svetoy Stefan şəhərinə üz tutun.
Monteneqro - turistlərin sevimli məkanı

Trend-i buradan izləyin

Əgər Siz Adriatik dənizinin sahilində, şəhərin səs-küyündən uzaq bir yerdə istirahət etmək istəyirsinizsə, o zaman Monteneqronun Svetoy Stefan şəhərinə üz tutun.

Svetoy Stefan - buranı hotel-şəhərdən ibarət olan bölgə adlandırmaq olar. Məkan olaraq bu şəhər ada üzərində yerləşib və Bar şəhəri ilə yalnız bir yol vasitəsilə birləşir. Həm Bar şəhəri, həm də Svetoy Stefan şəhəri dənizin sahilində yerləşir. Şəhər 15-ci əsrdə balıqçı şəhəri adlandırılmışdır.

1960-cı ildə bu şəhər məhşur rəssam Lubarda və Milunoviç tərəfindən dəyişdirilərək hotel-şəhərdən ibarət olaraq turistlərin marağına səbəb olmuşdur. Svetoy Stefan - bura turistləri təkcə öz gözəlliyi ilə deyil, həm də burada olan insanların gülər üzü, sakitliyi və şəhərin qədimiliyi ilə cəlb edir.

Biz Sizə bu gün Svetoy Stefan ərazisindəki ən yaxşı hotellərdən biri olan Maestral Resort & Casino 4* hotelindən məlumat verəcəyik. Dördulduzlu hotel olan Maestral Resort & Casino şəhərin ən sakit ərazisində, mənzərəli dəniz sahili ətrafında yerləşir. Hotel 214 otaqdan ibarətdir.

Maestral Resort & Casino 4* hotelində turistlərin rahatlığı üçün çox əlverişli şərait yaradılmışdır. Hoteldə restoran Lumpar, Maestral club, Lauras bar, Snack və Phonic bar burada istirahət edən hər bir kəsə yüksək xidmət göstərir. Hoteldə 360 nəfərlik konfrans zalı da fəaliyyət göstərir. Burada işgüzar toplantılar, müxtəlif tədbirlərin keçirilməsi də mümkündür.

Burada ən müasir şəraitli spa və wellness mərkəzləri də vardır. Siz burada hovuzdan, fitnes salonundan, türk hamamından, masaj vannasından istifadə edib sağlamlığınızın qayğısına qala bilərsiniz.

Maestral kazinoda 130 oyun avtomatları, 3 elektron ruletkalar, amerikan ruletkaları üçün stollar, Blek-cek, Xitov proqressiv dropoker, texass xoldem poker vardır.

Monteneqronun Svetoy Stefan şəhərində keçirəcəyiniz istirahət sizin üçün ən xoş xatirələrə çevriləcək.

Ünvan: Nigar Rəfibəyli, 12/14, AZ1001 Bakı Azərbaycan
Tel: 012 497 54 00
Call center: *5050
Mob: 070 221 90 14
Email: [email protected]
Web: millenniumtour.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti