...

Deputat İsmayıllıda iftar süfrəsi açdı (FOTO)

Cəmiyyət Materials 19 İyul 2013 12:55 (UTC +04:00)
İyulun 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda iftar süfrəsi verib.
Deputat İsmayıllıda iftar süfrəsi açdı (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda iftar süfrəsi verib. 130 nəfərin iştirak etdiyi iftar süfrəsi İsmayıllı şəhərində yerləşən "Qala" şadlıq sarayında təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, yerli hökumət strukturlarının rəhbərləri, müxtəlif icma nümayəndələri də iştirak edib.

Qeyd edək ki, millət vəkili Novruz Aslanov hər il olduğu kimi, bu il də oruc tutur və mübarək Ramazan ayında bir neçə dəfə sakinlərlə iftar süfrəsi arxasında görüşəcək. Belə görüşlər kəndlərdə də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti