...

Abonentlər ARDNŞ-yə 3 milyon manatdan çox ziyan vurublar

Cəmiyyət Materials 19 İyul 2013 18:45 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasına qarşı mübarizə aparır.
Abonentlər ARDNŞ-yə 3 milyon manatdan çox ziyan vurublar

Azərbaycan, Bakı, 19 iyul /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasına qarşı mübarizə aparır.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü ilin ilk 6 ayı ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə ümumilikdə 15 077 istehlakçıdan 6802 əhali və 350 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub, o vaxta qədər təbii qazdan qeydiyyatsız istifadə edən 7925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb.

Tərtib olunmuş "qüsur aktları" əsasında itirilmiş təbii qazın bərpası üzrə 3 094 313 manat dəyərində dəymiş ziyan hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti