...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir

Cəmiyyət Materials 29 İyul 2013 16:18 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir.

TQDK-dan Trend-ə verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq:

1. 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2013-cü il sentyabr ayının 1-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə "müsabiqəyə təqdim olunur" yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

2. 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2013-cü il sentyabr ayının 1-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti