...

Avtomobillərdə normadan artıq zərərli qaz ixrac edənlər 150 manat dəyərində cərimələnəcək

Cəmiyyət Materials 1 Avqust 2013 12:37
Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçiriləcək.
Avtomobillərdə normadan artıq zərərli qaz ixrac edənlər 150 manat dəyərində cərimələnəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avqust ayında normadan artıq karbon, azot qazının oksidinin mövcudluğu aşkar olunan avtomobillərin sürücüləri 150 manat miqdarında cərimə ediləcəklər. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "Təmiz hava" aylığı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Əsədov deyib ki, "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

Bölmə rəisi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin, eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinə çağırış edərək bildirib ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti