...

“VII Liderlik Məktəbi-Nəqşicahan”ın iştirakçıları Naxçıvanın tarixi-mədəni abidələrini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2013 10:47 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 11-18-də həyat keçirdiyi “VII Liderlik Məktəbi-Nəqşicahan”ın iştirakçılar Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət ediblər.
“VII Liderlik Məktəbi-Nəqşicahan”ın iştirakçıları Naxçıvanın tarixi-mədəni abidələrini ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 11-18-də həyat keçirdiyi "VII Liderlik Məktəbi-Nəqşicahan"ın iştirakçılar Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət ediblər.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, iştirakçılar ilk öncə Naxçıvan şəhərində yerləşən "Nuh Yurdu" və "Möminəxatun" türbələrini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə türbələrin tarixi və əhəmiyyəti barəsində məlumat verilib.

Daha sonra iştirakçılar Hüseyn Cavidin məqbərəsini ziyarət edib və onun ev muzeyində oldular. Hüseyn Cavidin Ev Muzeyində tələbələrə Hüseyn Cavidin yaradıcılığı və həyatı barəsində söhbət açılıb.

Həmçinin, "Nəqşicahan" layihəsinin iştirakçıları "Xalça Muzeyi"-ndə və "Ədəbiyyat Muzeyi"-ndə oldular.İştirakçılar Naxçıvanda hazırlanan xalçaları seyr ediblər.

Günün sonunda isə, tələbələr "Badamlı" mineral sular zavodunda olublar. Badamlı suyu haqqında məlumat alıb və onun istehsal olunma prosesini izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti