...

Oqtay Şirəliyev: Azərbaycanda 300-ə yaxın stasionar müəssisə bağlanıb

Cəmiyyət Materials 22 Avqust 2013 14:03 (UTC +04:00)
Aparılan islahatlar nəticəsində Azərbaycan üzrə 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb.
Oqtay Şirəliyev: Azərbaycanda 300-ə yaxın stasionar müəssisə bağlanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Aparılan islahatlar nəticəsində Azərbaycan üzrə 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib (67400-dən 36200-dək).

Nazir bildirib ki, 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə stasionar müəssisələrin, eləcə də ambulator xəstələrin dərman preparatları ilə təmin olunması üzrə zəmanətli paket hazırlanaraq təsdiq olunub. Sonrakı illərdə bu paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək 60-dan 166-ya çatdırılıb.

Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə 2008-ci ildən Bakı şəhəri üzrə 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi yaradılmışdır ki, bunlar Bakının bütün xəstəxanaların dərman və ərzaqla təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti