...

Azərbaycan Parlamentinin deputatı seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2013 10:20 (UTC +04:00)
Sakinlər fərdi qaydada qəbul edilib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub.
Azərbaycan Parlamentinin deputatı seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Avqustun 22-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edib və onların problemləri ilə maraqlanıb. Sakinlər fərdi qaydada qəbul edilib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Bir neçə məsələ ilə bağlı yerindəcə müvafiq addımlar atılıb. Digər məsələlərlə bağlı aidiyyəti orqanlara müraciətlər ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, belə görüşlər ucqar dağ kəndlərində də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti