...

ABŞ-ın Livermol Beynəlxalq Laboratoriyası və Seysmoloji Xidmət Mərkəzi arasında müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib

Cəmiyyət Materials 27 Avqust 2013 14:59 (UTC +04:00)
ABŞ Enerji Departamentinin Livermol Beynəlxalq Laboratoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əlaqələrin genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib.
ABŞ-ın Livermol Beynəlxalq Laboratoriyası və Seysmoloji Xidmət Mərkəzi arasında müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

ABŞ Enerji Departamentinin Livermol Beynəlxalq Laboratoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əlaqələrin genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib. Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşları Rengin Gök və Robert Mellors Azərbaycanda səfərdədir. Amerikalı alimlər səfərləri çərçıvəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.

AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər barəsində məlumat verib. RSXM-in "Zəlzələ ocaqlarının dinamikası və kinematikası" şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova Azərbaycan ərazisində baş verən zəlzələlərin müasir üsullarla öyrənilməsinə dair təqdimat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti