...

Azərbaycanın modern kənd kitabxanaları haralarda və necə yaradılacaq?

Cəmiyyət Materials 3 Sentyabr 2013 13:55 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda modern kənd kitabxanalarının yaradılacağı pilot rayonlar adlarını açıqlayıb.
Azərbaycanın modern kənd kitabxanaları haralarda və necə yaradılacaq?

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda modern kənd kitabxanalarının yaradılacağı pilot rayonların adlarını açıqlayıb.

Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Trend-ə bildirib ki, modern kitabxanalar, yəni Kənd Kitabxana-İnformasiya mərkəzlərinin 16 rayonda həyata keçirilməsi nəzərdə tutulur. Həmin rayonlar Tovuz, Daşkəsən, Yardımlı, Gədəbəy, Kürdəmir, Ağdaş, Beyləqan, Neftçala, Quba, Bərdə, Zaqatala, Masallı, Astara, Lənkəran, Salyan, Ucardır. Modern kitabxanaların sadalanan rayonların bir kəndində yaradılması planlaşdırılır. Həmin kitabxanalara bir-biri ilə yaxın məsafədə yerləşən 5-9 kəndin əhalisinə xidmət edəcək.

Yeni kitabxanalarda xidmət şöbələri, mütaliə zalları, multimedia informasiya resurs otaqları, kənd icmasının tədbirlər zalı, müxtəlif qeyri-adi ekzotik kitabxana xidmətləri otaqları, məsələn, nağıl guşəsi, səyahət güşəsi, kino zalı, bibloterapiya otağı, incəsənət dünyası kimi otaqlar olacaq. Bu kitabxanalarda hətta kəndin kiçik muzeyi də yaradılacaq.

L.Məmmədova bildirib ki, modern kitabxanaların yaradılması ilə bağlı kommersiya təkliflərini Azərbaycanın "Rubikon" şirkəti hazırlayacaq. Həmin şirkət türk mütəxəssislərini, memarlarını bu işə cəlb edib: "Biz onlara sifariş vermişik ki, dağlıq rayonlar üçün ayrı, Aran rayonlar üçün ayrı layihə olsun. Onlar indi Kənd-Kitabxana İnformasiya Mərkəzinin layihəsini hazırlayırlar. Layihə yaxın günlərdə nazirliyə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti