...

Azərbaycanda kolleclərin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmənin nəticələri açıqlandı

Cəmiyyət Materials 13 Sentyabr 2013 16:40 (UTC +04:00)
Azərbaycanda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmənin nəticələri açıqlanıb.
Azərbaycanda kolleclərin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmənin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə aparılan əlavə yerləşdirmənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 6567, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq üçün isə 803 nəfər ərizəsini təsdiqlədib.

Tam orta təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrində boş qalan 2135 plan yerinin müsabiqəsində iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim etmişdir. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan 2135 plan yeri üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim edib. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam və ümumi orta təhsil bazasında orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi bu gün yekunlaşıb. İxtisas seçimi sentyabrın 9-dan sentyabrın 13-dək internet vasitəsilə aparılıb.

11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak ediblər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər.

İxtisas seçimi müsabiqəsinin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti