...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabranda yeni məktəb binası inşa edilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:34 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində 100 şagird yerlik yeni məktəb binası inşa edilib. Trend-in məlumatına görə, bu barədə fondun mətbuat xidməti tərəfindən qurumun saytında yerləşdirilən məlumatda deyilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabranda yeni məktəb binası inşa edilib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində 100 şagird yerlik yeni məktəb binası inşa edilib. Trend-in məlumatına görə, bu barədə fondun mətbuat xidməti tərəfindən qurumun saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, ümumi sahəsi 963 kv.metrlik birmərtəbəli məktəbdə 8 sinif otagı, laboratoriya, kitabxana və kompyuter otagı yeni tədris vəsaitləri, zəngin ədəbiyyat və müasir avadanlıqlrla təchiz olunub: "İdman zalı və şahmat otagı ilə yanaşı, məktəbin həyətində futbol və basketbol meydançası salınmış, yaşıllaşdırma işləri aparılmışdır. Bina istilik sistemi və qazanxana ilə təchiz olunub".

Məlumatda qeyd olunub ki, Yevlax rayonu Kövər kəndinin məktəbliləri də yeni dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleks şəkildə əsaslı təmir işləri üçmərtəbəli tədris korpusunda və yardımçı binalarda aparılıb. Yenidən qurulan qazanxana və transformator yarımstansiyası binanı istilk və elektrik sistemi ilə təmin edir. Binada su, kanalizasiya sistemləri yenidən qurulub, kompleks idman meydançası yaradılıb. Ərazinin hasarı tamamilə yenidən inşa edilib, abadlaşdırılan məktəbyanı sahədə ağaclar əkilib, yaşıllıqlar salınıb. Sinif otaqları və laboratoriyalar müasir tələblərə cavab verən avadanlıqla təchiz olunublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti