...

Şirkət əməkdaşları 30 min manata yaxın pulu mənimsəməkdə ittiham olunur

Cəmiyyət Materials 17 Sentyabr 2013 17:24 (UTC +04:00)
"Falkon Grup" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Şirkət əməkdaşları 30 min manata yaxın pulu mənimsəməkdə ittiham olunur

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

"Falkon Grup" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Falkon Grup" MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilkdə 26.800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti