Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Yaxın bir neçə gün ərzində Azərbaycanda hava şəraitinin nisbətən sabit keçəcəyi və temperaturun norma daxilində olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.