...

Avropanın ən böyük xəstəxanasının inşası Azərbaycanda fəaliyyət göstərən iş adamına etibar edildi

Cəmiyyət Materials 19 Sentyabr 2013 17:01 (UTC +04:00)
18 sentyabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Avropanın ən böyük xəstəxanası - 1.200.000 m²-lik sahəsi olan və 3600-dən çox çarpayılıq Bilkənd şəhər xəstəxanasının təməlqoyma mərasimi keçirilib.
Avropanın ən böyük xəstəxanasının inşası Azərbaycanda fəaliyyət göstərən iş adamına etibar edildi

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

18 sentyabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Avropanın ən böyük xəstəxanası - 1.200.000 m²-lik sahəsi olan və 3600-dən çox çarpayılıq Bilkənd şəhər xəstəxanasının təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan iştirak edib. Layihənin miqyası və əhəmiyyəti haqqında danışan Baş nazir Bilkənd şəhər xəstəxanası layihəsinin onun 11 illik xəyalı olduğunu bildirib və böyük maneələri dəf edərək nəhayət xəstəxananın təməlqoyma anına gəlib çıxdığını məmnuniyyətlə ifadə edib.

R.T.Ərdoğan simvolik təməlqoyma düyməsinə basmazdan əvvəl bu mürəkkəb layihəni icra edəcək qrupun rəhbəri Abdolbari Goozalı yanına dəvət edib, ondan tikintinin sürətləndirilməsini və nəzərdə tutulan 42 ay deyil, 30 ay ərzində başa çatdırılmasını xahiş edib. A.Goozal deyib: "Sizdən alacağımız enerjiyə və Sizin xeyir-duanız ilə söz veririk ki, 24 saat çalışacağıq. 36 ay hədəfimizdir, siz istəyirsinizsə 30 aya bitirərik".

Daha sonra mərasimə toplaşan rəsmilərlə bərabər tikintiyə simvolik start verilib.

Qeyd edək ki, Bilkənd şəhər xəstəxanası Avropanın ən böyük xəstəxanası olmaqla yanaşı, birdəfəyə inşa olunacaq dünyanın ən böyük sağlamlıq kompleksidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti