...

TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2013 13:30 (UTC +04:00)
TRT telekanalının baş direktoru İbrahim Şahin "Odlar Yurdu" Universitetinin fəxri doktoru adına layiq görülüb.
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr/Trend, müxbir A. Tağıyeva/

TRT telekanalının baş direktoru İbrahim Şahin "Odlar Yurdu" Universitetinin fəxri doktoru adına layiq görülüb.

Trend-in məlumatına görə, bu münasibətlə Bakıda çıxış edən İ. Şahin qeyd edib ki, bu onun üçün çox vacib hadisədir: "Bu, beynəlxalq səviyyədə layiq görüldüyüm ilk addır".

İ. Şahin bildirib ki, TRT telekanalı Azərbaycanın həqiqətlərini həmişə türkiyəli tamaşaçılara çatdırmağa çalışıb: "TRT fəaliyyəti dövründə Azərbaycan barəsində 13 mindən artıq proqram və xəbər hazırlayıb".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dünyanın bir çox ölkələri üçün nümunədir: "Belə ki, Türkiyə 2023-cü ildə dünyanın 10 ən iri iqtisadiyyatına daxil olmaq niyyətindədir".

Baş direktor vurğulayıb ki, Azərbaycanda iqtisadiyyatın möhkəmləndirilməsi demokratiyanın gücləndirilməsi ilə paralel aparılır: "Ölkədə keçiriləcək prezident seçkiləri bunun sübutu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti